Direktordan məktub
Günümüzdə texnologiya elə sürətlə dəyişir ki, bir çoxumuz mütəmadi inkişaf cərəyanlarını asanlıqla izləyə bilmirik. Texnologiyaya fokuslanmamış bizneslər və hətta müəyyən sahələrdə mütəxəssisləşmiş texnoloji şirkətlər belə kənar yardım olmadan öz fəaliyyət sahələri xaricində yeni konsept və alətləri tətbiq etməkdə çətinlik çəkir. Bu səbəbdən, bu gün iqtisadiyyat və bizneslər rəqabətdən geri qalmamaq üçün əməkdaşlıq, bölüşmə və autsorsinqin kombinasiyası formasında fəaliyyət göstərir.
Data elminə əsaslanan şirkət olaraq, biz, gələcəyi daha texnoloji zəngin və hər kəs üçün rahat formaya gətirmək üçün öz bilik və bacarıqlarımızı böyük məmnuniyyətlə bölüşürük. Komandamızın texniki imkanları ilə yanaşı, Marketinqdən Maliyyəyə, Qrafik dizayndan Təsərrüfatınadək fərqli sahələrin mütəxəssisləri ilə əməkdaşlıqdan qazandıqlarımızı sizə təklif edirik.
Bankçılıq və telekommunikasiya kimi ənənəvi sahələrdən, data təhlilinin yeni üz qazandığı tibb və fitnes kimi sahələrədək bir çox start-up layihələrə cəlb olunmuşuq. Data əsaslı seçimlər bu proseslərin əsas tərkib hissəsinə çevrilir və data şirkəti olaraq, biz, özümüzü gələcəkdə bu sahələrlə sıx əlaqədə görürük.
Şüarımız sadədir: gəlin, hər şeyi sadə edək! Təcrübəli və istedadlı, tam ştat və məsləhətçi qismində işləyən mütəxəssislərdən təşkil olunmuş komandamız məqsədimizə nail olmaq və şüarımıza xidmət etməkdə bizə kömək edir.
Biz “Simple Company”-ik. Birlikdə, biz dünyanı sadə və rahat yaşaya biləcəyimiz məkana çevirə bilərik.
Xidmətlərimiz
KONSALTİNQ XİDMƏTLƏRİ
TƏLİM XİDMƏTLƏRİ
Startaplar
X-DEEP
Deep neural network based audio-visual manipulation
X-NTFS
Public launch expected within 2022
X-FIT
Alternative data-based fitness approach
X-FIN
X-FIN – fintech
Komandamız
Ən Son Bloqlar
Əlaqə
Ünvan:
Əlaqə:
Email:
İş vaxtı:
B.e.-Cümə: 09:00 - 18:00